Zakir Həsənov italiyalı həmkarı ilə görüşüb

16:15 24.09.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ölkəmizdə keçirilən "ADEX" 5-ci Yubiley Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi çərçivəsində Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov İtaliya Respublikasının müdafiə naziri Quido Krosetto ilə görüşüb.

Bu barədə hafta.az-a  Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, görüşdə Azərbaycan və İtaliya arasında hərbi, hərbi-texniki sahədə əməkdaşlığın cari vəziyyəti müzakirə edilib və gələcəkdə daha da genişləndirilməsi ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb.